Xalq yaradıcılığının məhsulu olan mətnlər və musiqi əsərləri; şifahi xalq ədəbiyyatı.
Dastanlar, nağıllar, nəğmələr, laylalar, tapmacalar, bayatılar, atalar sözləri və s. folklora aiddir. Yazılı əsərlərdən fərqli olaraq folklor nümunələrinin müəllifi məlum olmur.
İbtidai siniflər üçün terminlər lüğətiSözün səs tərkibinə görə təhlili.
Fonetik təhlil zamanı sözün səs və hərf tərkibi qeyd edilir, sait və samit səslər növlərinə görə təhlil olunur, heca və vurğu göstərilir. Sözdəki səslərin növlərə görə təhlili onun tələffüz şəkli üzərində aparılır. Sözün heca və vurğusu, ahəng qanununa uyğunluğu isə yazılı forması üzərində göstərilir.
İbtidai siniflər üçün terminlər lüğəti