1. Mətnin məzmununu dəyişməmək şərti ilə kompüterdə mətnin xarici görünüşünün – şriftin, rəngin, ölçülərin və s.-nin xüsusi dizayna uyğun nizamlanması.
Formatlanmış sənəd daha səliqəli və oxunaqlı olur.
2. Diskin istifadə (oxuma və yazma) üçün başlanğıc vəziyyətə gətirilməsi prosesi.
İstifadə olunmuş diski formatladıqda onda saxlanılan bütün verilənlər silinir.
İbtidai siniflər üçün terminlər lüğətiSimli-klavişli musiqi aləti.
Ağ və qara dillər – klavişlər klaviaturanı əmələ gətirir. Klavişlərə bərkidilmiş kiçik çəkiclərin simlərə zərblə vurulması nəticəsində səs yaranır. Fortepiano klavişlərə barmaqlarla toxunmaqla çalınır. İtalyanca «forte» – ucadan, güclü, «piano» – zəif, yavaş deməkdir.

Tərkibindəki sözlərin öz həqiqi mənasını itirərək məcazlaşdığı və qoşulduğu sözlə birlikdə tamamilə yeni məna yaratdığı söz birləşmələri; məsələn: dilə tutmaq, ağıl dəryası, canını boğazına yığmaq, bir göz qırpımında, əldən düşmək və s.
Belə birləşmələrə sabit (dəyişməz) söz birləşmələri də deyilir.
İbtidai siniflər üçün terminlər lüğəti