Fəal təlim üsullarından biri.
Şagirdlər iki dairədə əyləşirlər: daxili və xarici dairə. Daxili dairədə əyləşənlərin kürəyi, xarici dairədəkilərin isə üzü mərkəzə doğru olur. Daxili dairədəkilər hərəkətsiz oturur, xarici dairədəkilər isə müəyyən müddətdən sonra bir stul sağa keçməklə yerlərini dəyişirlər və yeni tərəfdaşı ilə fikir mübadiləsi aparırlar. Yerdəyişmə hər kəsin qoyulmuş tapşırığı yerinə yetirərək bütün dairəni keçməsinə qədər davam edir. Bu üsul vasitəsilə şagirdlər öz mövqeyini əsaslandırmaq, həmsöhbətlərini inandırmaq, ünsiyyət qurmaq təcrübəsi qazanırlar.
İbtidai siniflər üçün terminlər lüğəti