Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

pantomima

Məzmunun danışıq, yəni sözlər olmadan yalnız mimikajestlər vasitəsilə təqdim edildiyi teatr tamaşası; him-cim teatrı.

Azərbaycanda 1994-cü ildən Pantomima Teatrı fəaliyyət göstərir.

İbtidai siniflər üçün terminlər lüğəti

partitura

Orkestr, ansambl, kvartet və s. musiqi kollektivləri üçün yazılmış musiqi əsərinin not yazısı.

Partiturada hər bir alət, yaxud səs partiyası ayrı-ayrı not xətlərində yazılır.

İbtidai siniflər üçün terminlər lüğəti