Muğam şöbələri arasında ifa olunan instrumental pyes.
Təsviri incəsənətin ən qədim növlərindən biri: sərt və yumşaq səth (kağız, kətan və s.) üzərinə rənglərin çəkilməsi ilə təsvirlərin yaradılması.
Tarixi şәxsiyyətlәr vә olmuş hadisәlәr haqqında qısa nağıl, hekayə.
Şəxsiyyətlər və hadisələr haqqında faktlar ağızdan-ağıza keçməklə tarixi dəqiqliyini müəyyən dərəcədə itirir və rəvayət şəklinə düşür.
Boks və bir sıra başqa əlbəyaxa döyüşlərinin keçirildiyi kvadrat formalı meydança.
Musiqi səslərinin müəyyən ardıcıllıqla növbələşməsi.
Dəyişkən sürətli qaçış.
Növbələnən, təkrarlanan naxış.
Gözəl, aydın danışma qabiliyyəti; natiqlik sənəti.
Ritorika elm və sənət kimi Qədim Yunanıstanda formalaşıb və inkişaf edib.
Müxtəlif riyazi hesablamaları yerinə yetirmək üçün istifadə olunan əməllər: toplama, çıxma, vurma, bölmə.
Bax: ədədi ifadə.
Riyaziyyat fənnində hesablamalar, müqayisələr və s. üçün istifadə olunan simvollar.
+ üstəgəl
– çıxma
x vurma
: bölmə
= bərabərlik
> böyükdür
< kiçikdir
Fəza formaları və kəmiyyətlər haqqında elm.
Fəal təlim üsullarından biri: şagirdlərin rollar üzrə bölünərək hər hansı əsəri səhnələşdirməsi.
Rollu oyun üçün, adətən, dialoji mətnlər seçilir; müəllif mətnini bir şagird, qəhrəmanların nitqini başqa şagirdlər səsləndirirlər.
Qədim Romada istifadə edilən say sistemi.
Bu sistemdə rəqəmlər müvafiq hərflərlə əvəz olunur. Roma rəqəmlərindən, əsasən, nömrələnmiş siyahılarda, siferblatlarda, tarixlərin yazılmasında və s.-də istifadə olunur.
Əsasən, nəsrlə yazılan irihəcmli əsər.
Romanda hadisələrin təsviri hekayə və povestdən fərqli olaraq daha geniş planda verilir.