Fortepiano və ya başqa musiqi alətinin müşayiəti ilə oxunmaq üçün yazılmış mahnı.
Romansın ballada, elegiya, barkarola kimi növləri var.
Bütün tərəfləri eyni olan paraleloqram.
Kvadratdan fərqli olaraq romb düzbucaqlı deyil. Rombun diaqonalları bir-birinə qarşılıqlı perpendikulyardır.
Bir mövzunun müxtəlif epizodlarla növbələşərək dəfələrlə təkrar olunmasına əsaslanan musiqi forması.
Klavişli-simli alət olan fortepianonun əsas növü.
Fortepiano və pianinodan fərqli olaraq royalın mexaniki hissəsi və simləri üfüqi vəziyyətdə yerləşir, korpusu qanadvarı şəkildədir.