Müəyyən vərdişlərə yiyələnmək üçün təkrar edə-edə alışma, öyrənmə.
Təmrinlərdən müxtəlif fənlərin tədrisində (dil, musiqi, fiziki tərbiyə və s.) istifadə olunur; məsələn, idman dərslərində müxtəlif fiziki hərəkətlərin edilməsi, dil dərslərində üzündən köçürmə, imla yazdırılması və s. təmrin hesab edilir.
İbtidai siniflər üçün terminlər lüğətiİnsanlara xas olan mənfi və müsbət cəhətləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirən kiçik əsər.
Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir, yəni insan kimi danışdırılır. Təmsil nəsihətamiz məzmunda olur, əsasən, nəzmlə yazılır.
İbtidai siniflər üçün terminlər lüğətiBirinci məsələdə şərt kimi verilən məlumatların digər iki məsələdə sual kimi verilməsi.
Məsələn: Ağacda 5 quş var idi. 2 quş da ağaca qondu. Neçə quş oldu? Bu məsələnin tərs məsələsi: Ağaca 2 quş qonduqdan sonra orada yeddi quş oldu. Ağacda əvvəlcə necə quş var idi? və s.
İbtidai siniflər üçün terminlər lüğəti