Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

ton

1. 1000 kiloqrama bərabər çəki vahidi.

2. Müəyyən yüksəkliyə malik səs.

3. Rəng, çalar; hər hansı bir rəngin açıqlıq və ya tündlük dərəcəsi.

İbtidai siniflər üçün terminlər lüğəti

tonika

Ladın sabit, digər pillələri öz ətrafında cəmləşdirən baş pilləsi.

İbtidai siniflər üçün terminlər lüğəti

toplama

Riyazi əməllərdən biri: iki və daha çox ədədin cəmini tapmağa yönəlmiş əməl.

Toplama əməlinin komponentləri bunlardır: toplanan, toplanan, cəm.

 

                                 8    +    6    =    14

                                ↑              ↑                ↑

                       toplanan  toplanan     cəm

İbtidai siniflər üçün terminlər lüğəti