İlkin (əsas) məna ilə yanaşı, əlavə, törəmə mənaları olan söz.
Çoxmənalılıq, əsasən, sözün məcazi mənada işlənməsi ilə yaranır; məsələn: insanın qolu, çayın qolu. Bədən üzvlərini bildirən əksər sözlər çoxmənalıdır. Omonimlərdən fərqli olaraq bu sözlərin mənaları arasında müəyyən yaxınlıq olur.
Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğətiBir neçə üzü olan, səthi müxtəlif sayda müstəvi çoxbucaqlılardan ibarət fəza fiquru.
Evlər, binalar, kristallar çoxüzlüdür. Çoxüzlünün səthini təşkil edən müstəvi çoxbucaqlılara çoxüzlünün üzləri deyilir. Bu çoxbucaqlıların tərəfləri çoxüzlünün tillərini təşkil edir.

Danışarkən tələffüz olunan səslər.
Danışıq səsləri danışıq üzvlərinin (dil, dodaq, səs telləri və s.) iştirakı ilə yaranır. Tələffüz zamanı ağız boşluğunda maneəyə rast gəlib-gəlməməsinə görə danışıq səsləri iki yerə bölünür: sait səslər, samit səslər. Danışıq səslərinin yazıdakı qrafik işarəsi hərfdir.
Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğətiŞifahi xalq ədəbiyyatının həcmcə ən böyük növü.
Dastanda həm nəsr, həm də nəzm hissələri olur. Burada hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeirlər verilir. «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Aşıq Qərib» məşhur Azərbaycan dastanlarıdır.
İbtidai siniflər üçün terminlər lüğətiMürəkkəb sözlərin tərkib hissələri arasında, rəqəmlə şəkilçi arasında, sətirdən-sətrə keçirmədə və s. hallarda istifadə olunan qısa üfüqi xətt şəklində işarə (-); məsələn: asta-asta, tör-töküntü, 7-ci.
Tire ilə defisi səhv salmaq olmaz. Tireyə nisbətən qısa xətt olan defis orfoqrafiya işarəsidir, tire isə durğu işarəsidir.
Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğəti