Mətndə sitatları, əsər, qəzet, jurnal, orden, şirkət və s. adları fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi (« » və ya “ ”); məsələn: Konfutsi demişdir: «Qaranlığı söyməkdənsə, bir şam yandır», «Azərbaycan» qəzeti, «Səfillər» əsəri, «Tərəqqi» medalı və s.
İbtidai siniflər üçün terminlər lüğətiİki və daha çox şəxs arasında aparılan danışıq, söhbət.
Dialoqdan bədii mətnlərdə geniş istifadə edilir. Dialoq şəklində yazılan cümlələrin əvvəlində tire (–) işarəsi qoyulur:
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var... (H.Cavid)
İbtidai siniflər üçün terminlər lüğəti