Dövlət ərazisində digər dillərdən daha üstün statusa malik olan dil; rəsmi dil.
Dövlət dili, adətən, çoxluq təşkil edən xalqın dili olur və bütün sahələrdə əsas ünsiyyət vasitəsi sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən respublikamızın dövlət dili Azərbaycan dilidir.
İbtidai siniflər üçün terminlər lüğətiDaxilində təkrarlanan addımlar ardıcıllığı olan alqoritm.
Verilmiş şərtdən asılı olaraq alqoritm bir və ya bir neçə dəfə (lazım olan nəticə alınana qədər) təkrar olunur. Təkrarlanmaların sayı qabaqcadan məlum olduqda «Təkrarla ... dəfə» komandasından, əks halda «Təkrarla, nə qədər ki ...» komandasından istifadə olunur.
İbtidai siniflər üçün terminlər lüğətiYazıda sözlər və ya söz qrupları arasında qoyulan işarələr: nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual işarəsi (?), nida işarəsi (!), mötərizə ( ), dırnaqlar (« »), tire (–).
Yazının düzgün qavranılmasına xidmət edən durğu işarələrinin səhv qoyulması cümlənin məzmununa birbaşa təsir edir; məsələn: O kitabı verdi. O, kitabı verdi.
İbtidai siniflər üçün terminlər lüğətiKəmiyyətin rəqəmlərlə, hərflərlə, xüsusi işarələrlə şərti ifadəsi; formul.
Məsələn, kvadratın perimetrini tapmaq üçün P = 4 x a düsturundan istifadə edilir. Burada «a» kvadratın bir tərəfinin ölçüsünü, «4» ədədi isə kvadratın tərəflərinin sayını ifadə edir.
İbtidai siniflər üçün terminlər lüğəti