Kompüter işə salındıqda ilkin olaraq əməli yaddaş qurğusuna yüklənən və digər proqramların işləməsi üçün mühit yaradan sistem.
Hazırda müxtəlif əməliyyat sistemləri mövcuddur. Onlardan ən geniş yayılanı Windows əməliyyat sistemidir. Başqa əməliyyat sistemləri də (Unix, Mac OS, Android və s.) mövcuddur.
