Günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn təbiət hadisəsi.
Göyqurşağı qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglərdən ibarətdir.
Tərkibində bitkilər üçün qida maddələri olan və ya torpağa lazımlı qida maddələrini özündə toplayan üzvi maddələr.
İdmanda əlbəyaxa döyüş növü.
Güləşdə məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna «təmiz qələbə» deyilir. Təmiz qələbə mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar. Xallar hər bir uğurlu fənd üçün verilir.
Parlaq bozumtul-ağ rəngli metal.
Zərgərlik və bəzək məmulatlarının, gümüş pulların hazırlanmasında bu metaldan geniş istifadə olunur.
1. 24 saata bərabər olan zaman vahidi; sutka, gecə-gündüz.
Bu zaman Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddətə bərabərdir.
2. Bax: Günəş.
Yerin və başqa planetlərin ətrafında dövr etdiyi ulduz.
Günəş planet sisteminin mərkəzi göy cismidir. İşıq və istilik verən bu ulduz közərmiş böyük şar şəklindədir.
Həmçinin bax:
Günəşin cazibəsi ilə hərəkət edən göy cisimləri sistemi.
Bu göy cisimlərinə böyük planetlər və onların peykləri, kiçik planetlər, xırda hissəciklər (meteoritlər, kosmik toz) daxildir.
İdman yarışlarının qəbul olunmuş qaydalar üzrə keçirilməsinə, qalibin ədalətli və obyektiv şəkildə müəyyən edilməsinə nəzarət edən şəxs.
Musiqi səslərinin, həmahəng tonların səslənərkən yaratdığı ahəngdarlıq.
Vurma əməlinin komponentlərindən biri: vurma əməli nəticəsində alınan ədəd.
4 x 12 = 48 əməlində «48» hasildir.
Bax: aviasiya.
Hava qatının bir-birinə bənzər iri hissələri.
İsti və soyuq hava kütlələri mövcuddur. Bu hava kütlələri buludların yaranması, yağışların yağması, küləyin şiddətlənməsi, havaların istiləşməsi və s. proseslərə xidmət edir.
Bax: atmosfer.
Ön və arxa (yaxın və uzaq) planlar arasında rəng və ölçü nisbətinin dəyişməsi.
Atmosfer üzərində müşahidələr və təhlillər əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülən mülahizə.