Cümlədə haqqında danışılana aid hərəkət və ya hökmü bildirən, kimdir? nədir? necədir? haradadır? nə etdi? və s. suallara cavab verən baş üzv; məsələn: Yaşamaq gözəldir. Sabah məktəbə getməliyik. Bizim bağımız Mərdəkandadır.
Xəbər mübtəda ilə birlikdə cümlənin qrammatik əsasını təşkil edir.
Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğətiCümlədə müraciət olunanı bildirən söz və ya söz birləşməsi.
Xitab, əsasən, insana müraciətlə işlədilir: «Oğlum, bu kitab çox maraqlıdır». Bədii əsərlərdə, xüsusilə şeirlərdə cansızlara müraciət məqsədilə də işlədilə bilər: «Duman, salamat qal, dağ, salamat qal». (M.Araz).
İbtidai siniflər üçün terminlər lüğəti