Cəmi bərabər olan toplananları qruplaşdırmaqla verilən ardıcıl ədədlərin cəminin tapılması.
Bu üsulu məşhur alman riyaziyyatçısı Karl Qauss kəşf etmişdir. Deyilənə görə, onun müəllimi 1-dən 100-ə qədər olan ədədlərin cəmini hesablamağı tapşırmışdı. Balaca Karl bu hesablamanı qeyri-adi üsulla apardı. O fikir verdi ki, bu ədədlər ardıcıllığında əks qütblərdəki ədədlərin cəmi eynidir: 1 + 100 = 101, 2 + 99 = 101 və s. Hesabladı ki, belə ədəd cütlərinin sayı cəmi 50-dir. Ona görə də 50-ni 101-ə vurub 1-dən 100-ə qədər olan ədədlərin cəmini tez bir zamanda tapdı: 50 x 101 = 5050.
