Eyni və ya müxtəlif iki samitin yanaşı işləndiyi sözlər; məsələn: rəqqas, ədəbiyyat, sünbül, usta, taksi, kompüter və s.
Orta əsrlər Avropasına xas olan memarlıq üslubu.
Qotika üslubu sivriuclu, şişbucaqlı qübbə və tağlarla, daş oymalar və bəzəklərlə xarakterizə olunur.
İnsan və heyvanlarda yoluxucu dəri xəstəliyi.
Çevrənin hər hansı bir hissəsi.
Şəkil, rəsm, fotoşəkil, çertyoj, sxem və s. vasitəsilə təqdim olunan informasiya: barqraf, diaqram və s.
Həmçinin bax:
Yeni şəkillərin çəkilməsində, hazır şəkillər üzərində müxtəlif dəyişikliklərin edilməsində istifadə olunan proqramlar: Paint, Adobe Photoshop, Corel Draw, Macromedia və s.
Təsviri incəsənətin bir növü: xətt, ştrix və cizgilər vasitəsilə çəkmə üsulu.
Qəzet, jurnal üçün çəkilmiş karikatura, plakat, kitab illüstrasiyaları, afişalar da qrafikaya aiddir.
Kütlə ölçü vahidi, kiloqramın mində bir hissəsi.
Qram q ilə ifadə olunur.
Sözlərin bu və ya digər nitq hissəsinə aid olması, quruluşca növü, cümlədə vəzifəsi və digər xüsusiyyətlərinin məcmusu.
Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur.
Sözün formasını dəyişən, yeni mənalı söz yaratmayan şəkilçilər; məsələn: eyvan+lar, qayda+nın, pəncərə+də, maşın+ım və s.
Hər hansı bərk material (metal, ağac və s.) üzərində oyulmuş şəklin hamar səthə köçürülməsi; bu yolla yaradılmış sənət əsəri.
Daşaoxşar xüsusi materialdan düzəldilmiş yazı taxtası üzərində yazmaq üçün daş qələm.
Nəfəs yollarının kəskin infeksiya xəstəliyi.
Əsas simptomları qızdırma, boğaz ağrısı və öskürəkdir.
Şahmat ustalarına verilən yüksək ad və bu adı almış şahmatçı.
Azərbaycanlı qrossmeysterlərdən V.Həşimov, Ş.Məmmədyarov, T.Rəcəbov, A.Sofiyeva və başqalarını göstərmək olar.
Daha sıx və tutqun, yapışqanlı, suda həll olunan rəngli boya növü; bu rənglə işlənmiş sənət əsəri.