Şifahi xalq ədəbiyyatı nümunəsi: körpə uşaqları yatırtmaq üçün oxunan nəğmə; beşik mahnısı.
Laylalar qafiyə quruluşu və misraların sayı baxımından bayatıya oxşayır; məsələn:
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Gül yastığın içində
Şirin yuxu tapasan.
İbtidai siniflər üçün terminlər lüğətiSöz köklərinə qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilər; məsələn: dəniz+çi, düz+lük, dara+q, kitab+xana və s.
Leksik şəkilçi sözün mənasını dəyişsə də, yeni sözlə kök arasında məna yaxınlığı olur. Azərbaycan dilində leksik şəkilçilər sözə, adətən, qrammatik şəkilçilərdən əvvəl qoşulur.
Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğəti