Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

Ay

1. Yerin yeganə təbii peyki və Yerə ən yaxın göy cismi.

Ay müxtəlif şəkillərdə görünür. Buna səbəb Ayın Yer ətrafında, Ay və Yerin isə Günəş ətrafında fırlanmasıdır. Ayı teleskopla ilk dəfə Qaliley 1610-cu ildə müşahidə etmişdir.

2. İlin bölündüyü on iki hissədən hər biri.

Aylardan 7-si 31, 4-ü 30, 1-i 28 (hər dörd ildən bir 29) gündən ibarətdir.

İbtidai siniflər üçün terminlər lüğəti

bakteriya

Xəstəliktörədən mikroskopik (adi gözlə görünməyən) birhüceyrəli orqanizm; mikrob.

Bakteriyalar xəstəliklər törətsə də, insanlara faydası da vardır: onların vasitəsilə pendir, qatıq, sirkə, maya və s. alınır.

İbtidai siniflər üçün terminlər lüğəti

bank

Pul vəsaitini cəmləşdirən, kredit verən, pul hesablamaları aparan və s. bu kimi işləri həyata keçirən idarə.

İbtidai siniflər üçün terminlər lüğəti