Təsvirlərin böyük ekranda göstərilməsi üçün istifadə olunan optik cihaz.
Proyektorlardan məktəblərdə dərs prosesi zamanı geniş istifadə olunur.
16,4 kq-a bərabər qədim ölçü vahidi.
Alqı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası.
Bax: postament.
1. Səhnədə göstərilmək üçün yazılmış dram əsəri.
Pyes faciә, dram, komediya kimi səhnə əsərlərinə verilәn ümumi addır.
2. Müəyyən bir musiqi aləti üçün yazılmış kiçikhəcmli əsər.
Məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş nitq.
Nitqin rabitəli olması üçün hadisələrin zaman ardıcıllığı ilə nəqli, mühakimələrdə səbəb-nəticə əlaqəsinin gözlənilməsi, bitkin hissələr arasında keçid cümlələrin işlənməsi vacibdir.
Tərkibində insan orqanizmi üçün çox təhlükəli olan maddələr.
Havada, suda və yerdə olan obyektləri tapmaq üsulu.
Radiolokasiya obyektlərin yerini onların buraxdığı radiodalğalara görə müəyyənləşdirir.
Fəzada obyektlərin yerini müəyyənləşdirmək üçün cihaz və qurğular sistemi.
Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən parça, eləcə də bu parçanın uzunluğu.
Böyüməkdə olan orqanizmdə duzların çatışmaması nəticəsində sümüklərin qeyri-normal inkişafı.
Uşaqlarda müşahidə edilən bu xəstəlik maddələr mübadiləsinin pozulması şəklində təzahür edir.
Tennis, badminton kimi oyunlarda topa (volana) zərbə vurmaq üçün istifadə olunan idman ləvazimatı.
Boksda döyüşün bir hissəsinin davam etdiyi 2 və ya 3 dəqiqəlik müddət.
Yeddi əsas musiqi səsindən ikincisi.
Hərfi ifadəsi D-dir.
Fiqur, şəkil və işarələr vasitəsilə ifadə olunmuş tapmaca.
Rebusda tapılacaq obyektin xüsusiyyətləri sadalanmır; məsələn, aşağıdakı rebusda «qarpız» sözünün 1 və 2-ci hərfləri («q» və «a») «tar» sözü ilə birləşib «qatar» sözünü əmələ gətirir.