Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Beliz Mərkəzi Amerikada yerləşir. Şimalda Meksika, qərbdə və cənubda Qvatemala, şərqdə isə Karib dənizi ilə həmsərhəddir.

2. Dövlət quruluşu

Konstitusiyalı monarxiyadır. Hazırda (2025-ci il) ölkə Britaniya monarxiyasının bir hissəsidir və rəsmi olaraq Kral III Çarlz dövlət başçısıdır. Kralı General-qubernator Froyla Tzalam təmsil edir. Hökumət başçısı isə baş baş nazir Con Brisenodur.

3. İqtisadiyyatı

Turizm, kənd təsərrüfatı və neft ixracı əsas iqtisadi fəaliyyət sahələridir. Şəkər qamışı, sitrus meyvələri və banan isə əsas ixrac məhsullarıdır. İxracın əsas tərəfdaşları ABŞ, Avropa ölkələri və Meksikadır.

4. İqlimi və təbiəti

İqlimi tropikdir. Ölkədə il ərzində isti hava üstünlük təşkil edir. Orta temperatur 24°C-31°C arasında dəyişir. Ölkə tez-tez tropik qasırğalara məruz qalır. Ölkədə Maya Dağları, Karib dənizi sahilləri və dünyanın ikinci ən böyük mərcan səddi yerləşir. Burada yaquar, meymunlar, tukan quşları və manati kimi nadir heyvanlar yayılıb. Cockscomb Basin Vəhşi Təbiət Qoruğu dünyada yalnız yaquarlar üçün yaradılmış ilk qoruqdur.

5. Görməli yerləri

Belizdə məşhur yerlər arasında Böyük Mavi Çuxur, Maya xarabalıqları (Xunantunich, Caracol), və Karib dənizinin təmiz çimərlikləri var.

6. Mədəniyyəti

Mədəniyyəti çoxşaxəlidir və müxtəlif etnik qrupların təsirlərinin qarışığından ibarətdir. Musiqi və rəqs mədəniyyətin əsas hissəsidir, xüsusilə Garifuna musiqisi (punta və paranda janrları) geniş yayılıb. Ənənəvi festivallar, rəngarəng geyimlər və xalq sənətkarlığı Beliz mədəniyyətini zənginləşdirir. Karib, Mərkəzi Amerika və yerli mədəniyyətlərin sintezi ölkənin mətbəxinə və həyat tərzinə də təsir edir.