Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Aralıq dənizində, İtaliyanın cənubunda yerləşən ada dövlətidir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Mirilə Enqelə, hökumət başçısı isə Baş nazir Robert Abeladır. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən turizm, maliyyə xidmətləri, gəmiçilik, informasiya texnologiyaları və oyun sənayesi üzərində qurulub. Dəniz ticarəti və liman xidmətləri əhəmiyyətli yer tutur. Aşağı vergi dərəcələri investisiya dostu qanunvericilik sayəsində beynəlxalq şirkətlərin cəlb olunduğu bir mərkəzə çevrilib. Malta həmçinin kriptovalyuta və blokçeyn texnologiyalarına açıq siyasəti ilə tanınır. İşsizlik səviyyəsi aşağıdır və iqtisadiyyat stabil şəkildə inkişaf edir.

4. İqlimi və təbiəti

Ölkə Aralıq dənizi iqliminə malikdir. Yaylar isti və quraq, qışlar isə mülayim və rütubətli keçir. Təbiəti əsasən qayalı sahillər, azsaylı meşəlik ərazilər və dəniz mənzərələri ilə seçilir. Adada təbii su mənbələri azdır, lakin gözəl çimərlikləri və mağaraları var.

5. Görməli yerləri

Valetta şəhəri (UNESCO-nun siyahısındadır), Mdina, Qozzo adası, Hypogeum (tarixi yeraltı məbəd), Azure Window Böyük Liman turistlərin sevdiyi məkanlardandır.

6. Təhsil sistemi

Təhsil sistemi Britaniya modelinə əsaslanır və dövlət tərəfindən maliyyələşdirilir. Məcburi təhsil 5 yaşdan 16 yaşa qədərdir. Təhsil üç mərhələyə bölünür: ibtidai, orta ali təhsil. Dövlət və özəl məktəblərlə yanaşı, kilsə məktəbləri də fəaliyyət göstərir. Ən nüfuzlu ali təhsil müəssisəsi Malta Universitetidir, həmçinin MCAST (Malta College of Arts, Science & Technology) kimi peşə təhsili verən institutlar da mövcuddur. İngilis dili təhsildə əsas dillərdən biridir.

Ölkənin əsas universitetləri: Malta Universiteti, Malta İncəsənət, Elm və Texnologiya Kolleci, Malta Amerika Universiteti, Avropa Təhsil İnstitutu.

7. Mədəniyyəti

Mədəniyyəti Aralıq dənizi, AvropaŞimali Afrika təsirlərinin qarışığını əks etdirir. Ölkənin mədəni irsi fenikiyalılar, romalılar, ərəblər və ingilislər kimi müxtəlif sivilizasiyalardan təsirlənmişdir. Maltada dini bayramlar, folklor festivalları və karnavallar geniş qeyd olunur. Ənənəvi Malta mətbəxi italyan və ərəb mətbəxindən ilhamlanıb. Malta dili isə ərəb və latın təsirlərini özündə birləşdirən unikal bir dildir.