Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Qərbi Afrikada yerləşir, şimalda Seneqal Mali, şərqdə Fil Dişi Sahili, cənubda Liberiya Sierra Leone, qərbdə isə Atlantik okeanı ilə həmsərhəddir.

2. Dövlət quruluşu

Prezident respublikasıdır. Hazırda (2025-ci il) prezident Mamadi Dumbuyadır.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən mədən sənayesi və kənd təsərrüfatına əsaslanır. Ölkə boksit ehtiyatlarına görə dünyada aparıcı yerlərdən birini tutur və eyni zamanda qızıl, dəmir filizi və almaz hasilatı da mühüm yer tutur. Kənd təsərrüfatında banan, düyü, qəhvə və palma yağı istehsalı əsas sahələrdən biridir. Lakin infrastrukturun zəifliyi, siyasi qeyri-sabitlik və korrupsiya iqtisadi inkişafı çətinləşdirir.

4. İqlimi və təbiəti

Ölkə tropik iqlimə malikdir. Sahil bölgələri rütubətli və yağışlı, daxili hissələr isə daha quru və isti olur. Ölkənin ərazisində yağış meşələri, savannalar və dağlıq ərazilər yerləşir. Ən hündür nöqtəsi Nimba dağlarıdır. Qvineyanın çayları Qərbi Afrikanın əsas su mənbələrindən biridir.

5. Görməli yerləri

Nimba dağları, Fouta-Djalon yaylası, Soumba şəlaləsi Konakridəki Böyük Məscid əsas turistlər üçün maraqlı yerlərdəndir.

6. Təhsil sistemi

Təhsil sistemi fransız modelinə əsaslanır və ibtidai, orta və ali təhsil pillələrindən ibarətdir. Təhsil məcburidir, lakin ölkədə savadsızlıq səviyyəsi hələ də yüksəkdir. Ali təhsil əsasən Konakri Universitetində və digər texniki institutlarda verilir.

Ölkənin əsas universitetləri: Qamal Abdel Nasir adına Konakri Universiteti, Julius Nyerere adına Kankan Universiteti, General Lansana Konte adına Sonfoniya Universiteti, Labé Universiteti, Nzerekore Universiteti.

7. Mədəniyyəti

Ölkə zəngin və müxtəlif mədəniyyətə malikdir. Ölkədə əsas etnik qruplar – Fulanilər, Malinkelər və Susuların özünəməxsus musiqi, rəqs və əl sənətləri ənənələri var. Qvineya musiqisində kora, balafon və djembe kimi milli alətlər geniş istifadə olunur. Ənənəvi geyimlər parlaq rəngləri və unikal naxışları ilə seçilir. Ölkədə folklor festivalları və dini bayramlar da mühüm yer tutur.