Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Cənub-şərqi Avropada, Balkan yarımadasının cənubunda yerləşir. Şimalda Albaniya, Şimali Makedoniya Bolqarıstan, şimal-şərqdə isə Türkiyə ilə həmsərhəddir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Katerina Sakellaropuludur. O, ölkənin ilk qadın prezidentidir. Baş nazir isə Kyriakos Mitsotakisdir.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən turizm, gəmiçilik və xidmət sektoruna əsaslanır. Əsas ixrac məhsulları zeytun yağı, şərab və kənd təsərrüfatı məhsullarıdır. Əsas ticarət tərəfdaşları Almaniya, İtaliya, Fransa, Çin, Türkiyədir. 2009-cu il maliyyə böhranından sonra Yunanıstan Aİ və BVF-dən dəstək alaraq iqtisadiyyatını tədricən bərpa edir.

4. İqlimi və təbiəti

Ölkə Aralıq dənizi iqliminə malikdir: yaylar isti və quru, qışlar isə mülayim və rütubətli keçir. Ölkənin şimalında isə qışlar daha soyuq olur. Təbiəti dağlar, meşələr, sahil xətləri və çoxsaylı adalardan ibarətdir. Ən yüksək zirvə Olimp dağıdır (2917 m).

5. Görməli yerləri

Afina Akropolisi, Parfenon məbədi, Delfi məbədi, Meteora monastırları, SantoriniMykonos adaları, Rodos adasındakı köhnə şəhər, Knossos sarayı (Kreta adasında) turistlər üçün maraqlı yerlərdəndir.

6. Təhsil sistemi

Təhsil sistemi dövlət tərəfindən maliyyələşdirilir və 6-15 yaş arasında məcburidir. Sistem üç əsas pillədən ibarətdir: ibtidai(6il), orta(3+3il) və ali təhsil. Yunanıstan universitetləri Avropa Ali Təhsil Məkanına daxildir və Bolonya sisteminə uyğun fəaliyyət göstərir.

Ölkənin əsas universitetləri: Afina Milli və Kapodistriya Universiteti, Afina Texniki Universiteti, Aristotel Saloniki Universiteti, Pirey Universiteti, Patras Universiteti, Kreta Universiteti, Yonanıstan Açıq Universiteti.

7. Mədəniyyəti

Mədəniyyəti qədim yunan irsi, Bizans və Osmanlı təsirləri ilə formalaşıb. Fəlsəfə, teatr, memarlıq və incəsənət baxımından Qərb sivilizasiyasının əsasını qoymuş ölkələrdən biridir. Ənənəvi musiqi və rəqslər, xüsusilə sirtaki məşhurdur. Yunan mətbəxi zeytun yağı, feta pendiri, souvlaki və musakka kimi yeməkləri ilə tanınır. Yunan pravoslav kilsəsi mədəniyyətdə mühüm yer tutur. Müasir Yunanıstan ədəbiyyatı, kinoteatrı və incəsənəti də inkişaf etmişdir.