Dövri mətbu nəşrin auditoriyasını saxlamaq və genişləndirmək məqsədilə həyata keçirilən xüsusi tədbirlər kompleksi.
Abunəçilər nəşrin stabil auditoriyasını və zəmanətli gəlir mənbəyini təşkil edirlər, buna görə də KİV A.K.-na ilin ən böyük marketinq, PR, reklam aksiyası kimi yanaşır. A.K., adətən, ilin sonuna yaxın üç ay davam edir, bəzən ildə iki dəfə, yaxud ilboyu aparılır. Bu müddətdə əhalinin müxtəlif təbəqələrinə ardıcıl müraciətlər ünvanlanır, uzunmüddətli abunə müqabilində böyük güzəştlər təklif edilir, lotereyalar, oxucu konfransları, hətta pulsuz konsertlər kimi kütləvi tədbirlər keçirilir. A.K. redaksiyanın özü ilə bərabər, onun müqavilə bağladığı təşkilatlar tərəfindən də həyata keçirilə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti