adaş sözü ad və daş sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Müasir Azərbaycan dilində ümumişlək sözlər sırasında olan adaş sözü bir neçə mənada işlənir. 1. Dost, yoldaş; 2. Sözü bir yerə qoyanlar, söz birliyi; 3. Eyni adı daşıyan, adları eyni olan adamlar. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanın bəzi bölgələrində, məsələn, Qax, eləcə də Zaqatala bölgəsində böyük qardaşa, yaş etibarilə özündən böyük kişilərə, qayına, yeznəyə və dadaş deyə müraciət edilir. Məsələn, Rəcəb adaş, Oruc adaş, Şaban adaş və s. Adaş kişi adı sözün ifadə etdiyi üçüncü məna ilə əlaqədardır
Azərbaycan şəxs adlarının izahlı lüğəti