Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

adrenalin

lat. “ad+renalis” – böyrək

Böyrəküstü vəzin beyin qatında yaranan hormon.

Maddələr mübadiləsini tənzim edir. Qana ifraz olunması ürəyin ritmik yığılmalarını artırır. Qaraciyərdə qlikogen ehtiyatı şəklində saxlanılan şəkəri normal şəkərə (qlükoza) hidroliz etdirib porsiyalarla qana ötürür (0,08-0,12% şəkər normasında). İnsan qorxduqda, həyəcanlandıqda və müxtəlif ekstremal anlarda ürək döyüntülərinin anidən artmasının səbəbi qana adrenalinin sürətlə ifraz olunmasıdır.

Biologiya terminlərinin izahlı lüğəti