Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

adrenarxe

Böyrəküstü vəzin cinsi yetişkənlikdə iştiraketmə müddəti.

Bu dövr böyrəküstü vəzin az effektli androgenlərinin sintezinin və sekresiyasının çoxalması ilə xarakterizə olunur. Bu dövr insanda ikinci cinsi əlamətlərin əmələ gəlməsi dövrüdür (oğlanlarda səsin gurlaşması, bığ və saqqalın çıxması; qızlarda  səsin incəlməsi, süd vəzilərinin böyüməsi və qasıq nahiyədə tük örtüyünün sıxlaşması).

Biologiya terminlərinin izahlı lüğəti