Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AFAD

Azərbaycan dilində Afad adı çox nadir hallarda rast gəlinən kişi adlarındandır.

Afad şəxs adı nədənsə çox vaxt Afat kimi tələf- füz edilir və bu səbəbdən iki ad (Afad və Afat adları) qarışdırılır. Bəzi lüğətlərdə Afad adının yozumuna da cəhd edilir. Adın daşıyıcılarından Afad (Alıfuad) Məhəmməd oğlu Qurbanov (1929– 2009) görkəmli türkoloq-dilçi, altayşünas alim olmuşdur. O, bir sıra beynəlxalq və milli akademiyaların akademiki, AMEA-nın üzvü, Türkiyə və Türk Dil Qurumunun şərəfli üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi və ya fəxri üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor olmaqla yanaşı, müasir Azərbaycan əlibasının müəllifi, Onomastik Elmi Məktəbinin banisi, ictimai xadim kimi tanınan ziyalılarımızdan olmuşdur. Azərbay- canda onomastika məktəbinin yaradıcısı, xüsusi adların yaranması, mənşəyi, qrammatik xüsusiyyətləri və s. barədə kifayət qədər elmi əsərlərin müəllifi, eyni zamanda uzun müddət pedaqoji fəaliyyət göstərən alimlərdəndir. Afad Qurbanov özü dəfələrlə xüsusi adlarla əlaqədar kütləvi informasiya vasitələrindəki çıxışlarında adının Alı və Fuad adlarının birləşməsindən yarandığını, Afad kişi adının ayrılıqda heç bir məna vermədiyini şəxsən qeyd etmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti