Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağırlıq [ağırrıx] isim

1. Ağır şeyin halı. □ Yükün ağırlığı. Çantanın ağırlığı onun qəddini əymişdi.
2. Ağır şey, yük. □ Ağırlıq qaldırmaq.
3. Qayğı, əziyyət, zəhmət. □ Evin bütün ağırlığı onun çiyinlərində idi.
4. Vüqar, təmkin, ciddilik. □ Hərəkətlərindəki ağırlıq ciddi adam olduğundan xəbər verirdi.

Həmçinin bax:

frazeologizm: başı bədəninə ağırlıq etmək Azərbaycan dilinin izahlı lüğəti