►Bir işin əsl mahiyyətini bilmədən başqalarını ittiham edən adamlara münasibətdə işlədilən qınayıcı ifadə.
İfadə südəmər uşağın daim bələkdə olması, isti-soyuq görməməsi ilə bağlı yaranmışdır.
Bu obrazlı ifadə ilkin mənasında dünyadan xәbәrsiz körpә uşaqları sәciyyələndirmәk üçün işlədilmişdir. Dünyanın heç bir isti-soyuğunu görmәyәn körpәnin ağzı isti ana südündən başqa heç nә dadmamış olur. Axı bu isti ana südündən başqa, dünyada soyuq şeylәr dә var ki, bunları körpә hələ görmәmiş, dadmamışdır. «İsti-soyuq görməmək» ifadәsi də buradan meydana gəlmişdir.
Dilimizdə bu ifadәnin «ağzın istidir» şәkli də mövcuddur.
Məsəllər, deyimlər