Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ah [ah] nida

1. Ağrı, həyəcan, həsrət və s. hissləri ifadə edir; fəryad, fəğan. □ Ah, axı bu həsrətlə necə yaşayım?!
2. Təəssüf, kədər, peşmanlıq, ümidsizlik, məyusluq ifadə edir. □ Ah, bilsəydim, heç gəlməzdim! Ah, onu bir daha görməyəcəyəm!
3. Təəssüf, heyrət, sevinc, həmçinin gözlənilməz bir şey qarşısında doğan hissləri ifadə edir. □ Ah, o uzun illər indi mənə yuxu kimi gəlir.
4. İsim kimi: fəryad, fəğan. □ Çərxə çıxardı ahımı, canımı yandırdı qəmin. (İ.Nəsimi).
5. Arxaizm. İsim kimi: bəddua, qarğış. □ Atanın duası əsər eylər, ananın ahı. (Atalar sözü).

Həmçinin bax:

frazeologizm: ah çəkmək frazeologizm: ahı göylərə çıxmaq (qalxmaq) frazeologizm: ahı tutmaq frazeologizm: ahın dağa-daşa Azərbaycan dilinin izahlı lüğəti