Sözdə eynicinsli saitlərin bir-birini izləməsi; məs.: bərəkət, qaranlıq və s.
Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə, sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın olmalıdır. Məsələn: “qaranlıqdakılar” sözündə qalın,“hərəkətsizlikdir” sözündə isə incə saitlər bir-birini izləmişdir. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansı bir söz alınma olsa belə, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin ahəngini qorumalıdır; məs.: ka-tib-lər, ki-tab-lar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti