Fas səhrasının bəzi bölgələrində təkamül etdiyi ehtimal olunan it cinsi.
A. bu günümüzə qədər dəyişilməz olan it cinslərindəndir. Təlim oluna bilən, dözümlü və güclü cins hesab edilir. A. çoban iti olaraq mühafizədə daha çox istifadə olunur. Zəhərli ilanların yerini sezə bilmək qabiliyyətləri var. Tükləri qalındır; boyunlarında onları günəşin yandırıcı şüalarından və sərt soyuqlardan qoruyan sıxlaşmış tük örtüyü var. A. ovçular üçün ideal it cinsidir.
Biologiya terminlərinin izahlı lüğəti