Ala-bəzək sözündəki ala hissəsi ilə qohumdur, “qarışıq” (dönmə) deməkdir. Alaşa cins (seçmə) ayğırla adi madyandan törəyən (qarışıq) ata deyiblər. İndi məna bir qədər dəyişib.
Türkmənlərdə “Alatəkin” adlanan cins ayğırla adi madyandan törəyən ən yaxşı at cinsidir. Alaşa sözü də elə Alatəkin kəlməsinin təhrif olunmuş formasıdır. Bizdə məna dəyişib və mənfi anlamda (zəif at, leş at) işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti