Reklam
Reklam

Etimologiya lüğəti

alçaq

Rus dilində “спускаться” kimi tərcümə edilmiş il felimiz olub. Alçaq sözü də bir vaxtlar ilçaq şəklində işlədilib. Zənn edirəm ki, alt, aşağı, alçaq kimi sözlə­rin hamısı həmin il feili zəminində meydana çıxıb. Məclisin başına tör, ayaq tə­rə­finə “il”deyiblər. Belə məlum olur ki, il sözü ad-feil omonimliyinə malik olub və ad korrelyatı “aşağı” anlamını əks etdirib. Bu sözün mənalarından biri “sadə, təva­zö­kar” deməkdir. Zənn edirəm ki, sözün kökü alt, aşağı kəlmələrinin kökü ilə eynidir. -çaq şəkilçisi isə belədir: dilimizdə arzu, meyil bildirən-sa (-sın, -sun) şə­kil­çisi olub və var (su-sa-maq, gülüm-sən-mək). Beləliklə, söz alsa şəklində feil olub, “sadəliyə meyil etmək” (özünü aşağı tutmaq) mənasını verib. Dara-q, yara-q modelləri üzrə isə alsa-q kəlməsi yara­nıb. Sonra s səsi ç ilə əvəz olunub və söz alçaq şəklinə düşüb. Qərb dialekt­lə­rin­də (xüsusən, Qazaxda) alçaq sözü “sadə” mənasında indi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti