Aşıq-aşıq oyununda sümüyün dörd tərfindən birinin adıdır, cik sözü də bunun dəyişmiş formasıdır. “Cikinə-bikinə bələd olmaq” deyirik. Məncə, ıncıq kəlməsinin dəyişmiş formasıdır, (ıncıq heyvanin dal ayağında iki çıxıntının adıdır). Bik sözü də aşığın tərəflərindən birinin adıdır. Oyunda aşığı atmaq məharəti əsasdır: necə atasan ki, cik üstünə düşə, necə atasan ki, bik üstünə düşə! Cikinə-bikinə bələd olmaq bununla bağlıdır: “hiyləsini, ustalığını, məharətini yaxşı bilirəm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti