Bu, heç də başın bir hissəsini təşkil edən alındakı yazı demək deyil. Alın sözünün qədim mənası “ön, əvvəl, qabaq” deməkdir. Alın yazısı “əvvəlcədən insanın taleyinin proqramlaşdırılması” deməkdir; “olacağa çarə yoxdur” anlamını əks etdirir. Bununla yanaşı, tale yazısı ifadəsindən də istifadə edirik. Tale (tulu) ərəbcə “meydana çıxma, doğulma”deməkdir. Göründüyü kimi, burada alın (лоб) sözü yoxdur, “anadangəlmə”mənası var. Əslində, “лоб” anlamını verən alın sözünün də mənası “qabaq” deməkdir. Fars dilində piş kəlməsi “qabaq”, pişani isə “alın” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti