alm. almanach ˂ lat. almanachus – zaman
Müxtəlif müəlliflərin eyni mövzu və ya janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövri məcmuə.
İlk ədəbi A.-lar XVIII əsrin ortalarında Fransada, həmin əsrin sonlarında Rusiyada yaranıb. Azərbaycanda inqilabdan əvvəl A.-lar, əsasən, təzkirə şəklində tərtib olunub, sovet dövründə isə A. nəşri geniş yayılıb (“25 bahar”, dördcildlik “Nizami” A.-ları və s.).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti