Reklam
Reklam

Etimologiya lüğəti

alov

1. Dilimizdə yalğım (ilğım), altun (yaltun), ulduz (yalduz), alov (yalov) sözləri var və hamısı “od, işıq, istilik, parıltı”anlamını verən al (ul) etimonu zəminində əmələ gəlmiş kökdaş sözlərdir. Yalın, yalqız, yalquzaq sözlərində isə yal yuxarıdakılarla bağlı deyil, “lüt”anlamını verir. Alt, alçaq, aşağı sözləri də kökdaşdır və il (aşağı) etimonu ilə bağlıdır. Göründüyü kimi, al sözü dilimizdə üç müxtəlif mənaya malik olub. 

2. Al layu (od rəngli, qırmızı təhər, közə oxşar) demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti