Reklam
Reklam

Etimologiya lüğəti

alqış

Dilimizdə al feili olub və “блогославлять” mənasında işlədilib. Alqış da həmin kök əsasında yaranıb. Buna uyğun olaraq qarğış kəlməsi də qayğı sözündəki qay feili ilə bağlıdır: “kədər, qayğı, yanğı, qəm arzulamaq”deməkdir. Adama qarğamaq onun qayğıya qərq olmasını arzulamaqdır. Demək, alqış “qarğış” qəlibi üzrə ya­ra­nıb, “yaxşılıq”, “yüksəklik” deməkdir. Al sözünün “yüksək” (ulu) mənası məlumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti