Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AMİN qəd. yəhudi mənş.

amin sözü öncə ərəb dilinə, sonradan ərəb dili vasitəsilə dilimizə keçmişdir. Digər dinlərdə olduğu kimi, İslam dinində də dua sənaların sonunda diləklərin qəbul olunsun, niyyətin yerinə yetsin və s. mənasını ifadə edən “amin” kəlməsi səslənir.

Amin kişi adı həmin kəlmə ilə əlaqədardır. Uzun müddət övlad arzusunda olan valideynlər arzularının, niyyətlərinin yerinə yetdiyinə görə oğlan övladlarına Amin adı verirlər.

Azərbaycan şəxs adlarının izahlı lüğəti