►Dərdə əlac, yaranın sağalması, insanın şəfa tapması üçün ən vacib, zəruri olan vasitəni bildirən ifadə.
İfadә «Kitabi-Dәdә Qorqud» dastanından qaynaqlanır.
Dastanın «Dirsә xan oğlu Buğacın boyu»nda göstәrilir ki, ağır yaralanıb çöldә qalmış Buğacı xilas etmək üçün Xızır İlyas deyir: «Dağ çiçәyi ananın südü ilә sәnә mәlhәmdir». Bu tәrәfdәn ana qırx qız ilә birlikdә oğlunu axtarır vә onu ölümcül һalda tapır. Yaralı Buğac anasına deyir: «...Ana, ağlamagil, mәnә bu yaradan ölüm yoxdur, qorxmagil!.. Dağ çiçәyi, ana südü mәnә mәlһәmdir».
Bundan sonra dastanda tәsvir olunur ki, «...qırx incә qız yayıldı, dağ çiçәyi döşürdülәr. Oğlanın anası döşünü bir sıxdı, südü gәlmәdi, iki sıxdı, südü gәlmәdi, üçüncüdә zәrb elәdi, qanı doldu. Sıxdı, südlә qarışıq qan gəldi».
«Dədə Qorqud» filmindən (1975) sonra ifadənin işləkliyi daha da artmışdır.
Məsəllər, deyimlər