Reklam
Reklam

Məsəllər, deyimlər

ANA UŞAĞI

►Valideyn himayəsindən çıxa bilməyən, sərbəst olmayan, düşüncə və davranış baxımından geridə qalmış ərköyün uşaqlar haqqında istehza ilə işlədilən ifadə.

Rus dilindən alınmış bu ifadə Denis Fonvizinin (1745–1792) qeyri-yetkin, çiy insanlardan bəhs edən «Yelbeyinlər» komediyasından qaynaqlanaraq yayılmışdır.

Həmin əsərdə bu frazeoloji ifadə mülkədar Skotininin dilindən səslənir. O, komediyanın əsas qəhrəmanlarından biri olan, yaşının azlığına baxmayaraq yeri gəldi-gəlmədi evlənmək haqqında danışan ərköyün zadəgan övladı Mitrofana tez-tez müraciətlə deyir: «Ey, mənim balam! Baxıram ki, sən hələ ana uşağısan, bişməmisən, heç böyüməmisən».

Bu günümüzdə daha çox publisistik yazılarda ərköyün böyüdülmüş yeniyetmə və gənclərin kifayət qədər yetkinləşmədiyini, müstəqil hərəkət edə bilmədiyini göstərmək üçün «ana uşağı» ifadəsindən istifadə olunur.

Məsəllər, deyimlər