Reklam
Reklam

Məsəllər, deyimlər

ANCAQ ONU BİLİRӘM Kİ, HEÇ NӘ BİLMİRӘM

►Dünyagörmüş, müdrik adamların dilindən «bilmədiklərimiz bildiklərimizdən daha çoxdur» mənasında işlədilən ifadə.

İfadə qәdim yunan filosofu Sokratın (e.ә. 469–399) adı ilə bağlıdır.

Deyilənə görə, böyük yunan filosofu təvazökarlıqla öyrənmək üçün hələ çox şeyin gərək olmasını bildirmək məqsədilə bu ifadəni tez-tez işlədərmiş. Mövcud ədəbiyyatlarda ifadə tam şəkildə belədir: «Mənim bilmədiklərimi ayağımın altına qoysan, başım göylərə dəyər. Bircə onu bilirəm ki, heç nə bilmirəm».

İfadə insan zəkasının sonsuz imkanlarına, həm də bütün araşdırma və tədqiqatlara baxmayaraq bu dünyada hələ öyrənməyə çox-çox şeylərin olmasına işarədir. Elmə, biliyə yiyələnməyə çağırış mənasında işlədilən bu ifadə həm də öyrənməyin, dünyanı dərk etməyin fasiləsiz bir proses olduğunu anlatmaq mənasında misilsiz hesab olunur.

Bəzən də azacıq, bəlli bir səviyyədə olan biliyi ilə lovğalanan, daha öyrənmək istəməyən şəxslərə təvazökarlıq dərsi keçmək üçün bu ifadəyə müraciət edilir.

Məsəllər, deyimlər