Zərrəciyə nisbətən yükünün və maqnit momentinin işarəsi əks, başqa xarakteristikaları eyni olan elementar zərrəcik.
Elementar zərrəciklər nəzəriyyəsinə görə hər bir zərrəcik antizərrəciyə malikdir. A-in xüsusiyyəti onun zərrəciklə annihilyasiya etməsidir. Təcrübədə müəyyən olunmuş zərrəcik və A. cütləri bunlardır: elektron və pozitron, neytrino və antineytrino.
Fizika terminlər lüğəti