Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

apokrif

yun. apokripha – saxlamaq, gizləmək

Xristianların müqəddəs kitabı ilə üst-üstə düşməyən və rəsmi din xadimləri tərəfindən rədd edilən dini ədəbiyyat.

Kilsəyə asi çıxan təriqətlərin inkişafı ilə əlaqədar olaraq A.-lər din əleyhdarlarının əlində mübarizə silahına çevrilmişdi. Bəzi klassik yazıçılar A.-dən bir tarixi-ədəbi məxəz kimi istifadə etmişlər. Dantenin “İlahi komediya”, F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsərlərində A.-lərdən biri yad edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti