Çox yayılmayan dekorativ otaq bitkisi.
Difenbaxiya bitkisinə bənzəyir. A. effektiv şəkildə otaqda olan zəhərli havanı təmizləyir. A. isti və rütubətə ehtiyac duyan, soyuq yeli və qızmar günəşi sevməyən bitkidir. Qışda bitkinin olduğu ortamda havanın temperaturu müsbət 16 dərəcə selsi temperaturdan aşağı düşməməlidir. Bitkinin yaxşı yetişməsi üçün ən optimal temperatur 20-25 dərəcə selsidir. Yaz-yay aylarında bitki çox, payız-qış aylarında isə az sulamanı tələb edir. Bitkinin torpağının quruması onun üçün təhlükəli haldır.
See also:
Biologiya terminlərinin izahlı lüğəti