Reklam
Reklam

Etimologiya lüğəti

ara-sıra

Qaynaqlarda arası-ara kimi də qeyd olunub. Görünür, “məsafə (ara) vermək” mənası ilə bağlıdır. Seyrək (qədim mənası “az” deməkdir) kəlməsi də sıra sözü ilə qohumdur, kökləri bir olub; ifadə bəzən ara-seyrək kimi də işlədilir. Bu da sübut edir ki, sıraseyrək tarixi baxımdan eyni söz olub. Seyrək sözü ilə müqayisədə sıra sözünün tələffüzü bir qədər asandır. Dil həmişə ağır ifadə­lərdən yüngül ifadələrə döğru meyilli olur. Ona görə də sıra sözü seyrək kəl­məsini üstələmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti