Reklam
Reklam

Etimologiya lüğəti

araba

Arabanı ilk dəfə türklər kəşf edib və adını da qanqılı qoyublar (tayfa adı ilə bağlıdır). Bu, ilk dəfə ikitəkərli olub. Sonra dördtəkərli arabaya çevrilib, qabaq və arxa oxlar ulama vasitəsilə birləşdirilib, yəni ara bağlanıb. Araba – arası bağlı qanqılıya deyiblər. Söz də ara-ba (arası bağlı) şəklində formalaşıb. Başqa yozum da mümkündür: araba – “məsafəni qət edən” (iki məntəqəni birləşdirən, aranı bağlayan) anlamı ilə də bağlı ola bilər. Tuva dilində buna teqer (teqre), yəni təkər deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti