Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

aralıx1

Qazax, Şəmkir

Hər tərəfi su ilə əhatə olunan quru yer, adacıq. □ Malı aralığa buraxmışıx (Qazax); Aralıxda yaman odun var, gedif gətirməy isdi:rəm (Şəmkir).

aralıx2

Şəmkir, Zəngibasar

Mərz, iki zəminin, iki evin arası. □ Gedə atı aralıxda otardığı yerdə yedəyinnən qaçırdıf (Şəmkir); Bizim yerin aralığı burdandı (Zəngibasar).

aralıx3

Çənbərək

Kənddə adamların yığışıb söhbət etdikləri xüsusi yer. □ Camahat yığılıf aralığa.

Azərbaycan dilinin dialektoloji lüğəti